Avdeyevka yaxınlığındakı Rusiya ordusu hücumunu davam etdirmək və Ukrayna ərazilərini işğal etmək üçün kifayət qədər gücə malikdir.
Qaziler.az RBK-Ukrayna-ya istinadən xəbər verir ki, bunu 3-cü xüsusi briqada komandirinin müavini Maksim Jorin bildirib.
Onun sözlərinə görə, üçüncü hücum briqadası digər birləşmələrlə birlikdə Avdeyevka ətrafında müəyyən müdafiə xətlərini tutub. Ancaq Avdeyevkanın özündə olduğu qədər şiddətli olmasa da, döyüşlərin intensivliyi hələ də çox yüksəkdir.
Eyni zamanda, bu gün rusiya hərbçilərinin əsas istiqaməti Lastoçkinodur.
"Biz bilirik ki, şəhərin özündə rusların növbəti hücum üçün kifayət qədər qüvvəsi var", - Jorin yazıb.
QAZİLER.AZ