Rusiyada metallurgiya zavodunda baş verən partlayışda 3 nəfər xəsarət alıb

Rusiyada metallurgiya zavodunda baş verən partlayışda 3 nəfər xəsarət alıb backend

Balakovoda metallurgiya zavodunda baş verən partlayış nəticəsində 3 nəfər xəsarət alıb.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Saratov vilayətində metallurgiya zavodunda baş verən partlayış nəticəsində 3 nəfər xəsarət alıb. Bu barədə “İnterfaks” təcili yardım xidmətinə istinadən xəbər verir.

“Bazar ertəsi Balakovoda metallurgiya zavodunda partlayış baş verib. Nəticədə 3 nəfər xəsarət alıb”, - agentliyin həmsöhbəti qeyd edib.

Öz növbəsində, məlumatı Saratov vilayəti hökumətinin əhalinin həyat təhlükəsizliyinin təmin edilməsi şöbəsinin müdiri Yuri Yurin də təsdiqləyib. Onun sözlərinə görə, zərərçəkənlər yanıq xəsarətləri alıblar. Fövqəladə hadisə yerinə xilasedicilər gətirilməyib.

QAZİLER.AZ

Diaspora