İstanbulda İŞİD-ə pul göndərən 7 şübhəli yaxalanıb

İstanbulda İŞİD-ə pul göndərən 7 şübhəli yaxalanıb backend

Türkiyənin İstanbul şəhərində İŞİD-a qarşı eyni vaxtda keçirilən əməliyyatlarda 7 şübhəli saxlanılıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, polisi terror təşkilatı İŞİD-a bağlı şəxslərə və ailələrə, terrorçular tərəfindən ələ keçirilən qadınlara "infak" adı altında maliyyə yardımı etmək üçün pul toplayıb göndərdiyi müəyyən edilən 8 şübhəlini yaxalayıb.

Polis əməkdaşları şəhərin 9 rayonunda müəyyən edilmiş ünvanlarda eyni vaxtda əməliyyat keçirib və 7 şübhəlini saxlayıb.

Ünvanlarda aparılan axtarışlar zamanı xeyli sayda rəqəmsal material ələ keçirilib.

QAZİLER,AZ

Diaspora