Ukraynalı hərbçilər gecə saatlarında Zaporojye istiqamətində Rusiyanın hücumunu dəf edib - VİDEO

Ukraynalı hərbçilər gecə saatlarında Zaporojye istiqamətində Rusiyanın hücumunu dəf edib - VİDEO backend

Fevralın 19-na keçən gecə rus qoşunları Zaporojye istiqamətində hücuma cəhd edib. Ukrayna Silahlı Qüvvələri düşmənin texnikasını və canlı qüvvəsini məhv edərək hücumu dəf edib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına istinadən məlumat yayıb.

"Zaporojye istiqaməti. Düşmənin hücumunun qarşısı alınıb. Şəxsi heyət qaçır. Texnika məhv edilib", - məlumatda deyilir.

Hərbçilərin sözlərinə görə, gecə saatlarında rusiyalılar hücumu təkrarlamağa və ukraynalıların mövqelərinə basqın etməyə cəhd ediblər.

Quru Qoşunları bildirir ki, "düşmənin bütün hərəkətləri uğursuz alınıb. Təchizat məhv edilib".

QAZİLER.AZ