Türkiyə hökuməti 2028-ci ilə qədər turistlərin sayına görə ilk üçlüyə daxil olmaq niyyətindədir.
QAZILER.AZ Publika.az-a istinaden xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy deyib.
“Hazırda Türkiyə dünyanın ən yaxşı və ən intensiv təbliğ edilən turizm ölkəsidir. 2022-ci ildə pandemiya ilə yaxşı mübarizəmiz sayəsində biz dünyanın dördüncü ən böyük turizm məkanı olduq. Bu il ümid edirəm ki, beşinci yeri qoruyacağıq. 2028-ci ilə qədər üçüncü yeri tutmaq istəyirik”, - nazir bildirib.
Onun sözlərinə görə, Türkiyə 2028-ci ildə turizmdən 100 milyard dollar qazanmağı hesablayır.