İranda Həcc və Ümrə ziyarəti rəsmi olaraq ləğv edilib

İranda Həcc və Ümrə ziyarəti rəsmi olaraq  ləğv edilib backend

Bu il İranda Həcc və Ümrə ziyarəti rəsmi olaraq ləğv edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib.  

İranın Həcc və Ziyarət Təşkilatı xəbər verib ki, 30 mindən çox vətəndaşların qeydiyyat haqqı fevralın 17-də bank hesablarına qaytarılacaq.

Məlumata görə, iranlı zəvvarların ilk qrupu Tehranla Ər-Riyad arasında diplomatik münasibətlərin kəsilməsindən sonra, yanvarın 3-də səhər saatlarında Həcc ziyarəti üçün getməli idi, lakin İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmayili texniki səbəblərdən səfərin baş tutmadığını iddia edib.

Qeyd olunub ki, həmin gün “İran Air” şirkətinin sözçüsü Hüssam Qurbanəli bununla bağlı açıqlama verib.

“Lazımi son icazələrin alınmaması səbəbindən İran təyyarəsi Səudiyyə Ərəbistanına və Ciddə hava limanına gedə bilməyəcək”, - deyə Hüssam Qurbanəli bildirib.

Diaspora