Rusiyada ölüm səviyyəsi azalıb

Rusiyada ölüm səviyyəsi azalıb backend

2023-cü ildə Rusiyada əhalinin təbii azalması ötən ilin eyni dövrü ilə müqayisədə 17,41% azalaraq 495,3 min nəfər təşkil edib.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu haqda Rusiyanın Federal Dövlət Statistika Xidmətinin (Rosstat) mətbuat xidməti məlumat yayıb.

İdarədən verilən məlumata görə, ötən ilin 12 ayında 1,265 milyon yeni doğulmuş körpə və 1,306 milyon ölüm halı qeydə alınıb. Eyni zamanda, 946 min nikah və 683,6 min boşanma qeydə alınıb. Xidmətin izah etdiyi kimi, təbii azalma doğum sayının artması və ölüm hallarının azalması ilə bağlıdır.

Rosstatın məlumatına görə, 2023-cü ildə ölüm 7,64%, doğum səviyyəsi isə 3,2% azalıb.

QAZİLER.AZ

Diaspora