Navalnının mətbuat katibi müxalifətçinin ölümünü təsdiqləməyib

Navalnının mətbuat katibi müxalifətçinin ölümünü təsdiqləməyib backend

Rusiyalı müxalifət lideri Aleksey Navalnının komandası onun ölümünü hələ təsdiqləməyib. Onlar qeyd edirlər ki, heç bir sübut yoxdur.

Qaziler.az bildirir ki, bu barədə Navalnının mətbuat katibi Kira Yarmış  “Twitter”də  (X) yazıb.

"Bizdə hələ ki, bununla bağlı heç bir təsdiq yoxdur. Alekseyin vəkili hazırda Xarp şəhərinə uçur. Bizdə bəzi məlumatlar olan kimi bu barədə məlumat verəcəyik", - o yazıb.

Əlavə edirik ki, Navalnının vəkili Leonid Solovyov siyasətçinin ailəsinin qərarını nəzərə alaraq Rusiya mətbuatına məlumatı şərh etməkdən imtina edib.

mənbə: RBK-Ukrayna

QAZİLER.AZ

Diaspora