İnquşetiyada hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət işi üzrə istintaq çərçivəsində yerli sakin Adam Arapiyevin qətlinin təşkilində, planlaşdırılmasında və hazırlanmasında şübhəli bilinən onlarla şəxsin axtarışı həyata keçirib. İki nəfər saxlanılıb.
Qaziler.az bildirir ki, bu barədə fevralın 16-da “İzvestiya”nın mənbəyi məlumat verib.
Nəşrin həmsöhbətinin sözlərinə görə, terrorizmlə bağlı cinayət işinin şahidi olan şəxsin qətlini təşkil etməkdə, planlaşdırmaqda və qətlə yetirməkdə şübhəli bilinən bütün şəxslərdə kütləvi axtarışlar aparılıb. Şübhəlilərdən silah və partlayıcı qurğular götürülüb, hələlik iki nəfər saxlanılıb.
QAZİLER.AZ