Moldova Ukraynaya humanitar yardımın yeni partiyasını verməyə hazırdır.
Qaziler.az-ın xəbərinə görə, Newsmaker xəbər verir ki, bunu Moldova prezidenti Mayya Sandu Avropa komissarı İlva Yohanssonla görüşündə deyib.
Məlumata görə, Sandu fevralın 15-də Kişinyovda Yoqanssonla görüşüb.
Tərəflər Moldovanın Avropa yolunu, ölkənin üzləşdiyi təhlükəsizlik və miqrasiya problemlərini, dövlətin təhlükəsizlik risklərini müzakirə ediblər.
Moldova prezidenti Ukraynaya qarşı müharibənin başlamasından sonra ukraynalı qaçqınların axınının idarə olunmasında ölkəsinə göstərdiyi köməyə görə Avropa komissarına təşəkkür edib.
Sandu həmçinin Ukraynaya gedəcək dəstəyin vacibliyini qeyd edib və Moldovanın Kiyevə humanitar yardımın yeni partiyasını verməyə hazır olduğunu bildirib.
QAZİLER.AZ