Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvilini qəbul edib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, parlamentdə keçirilən qəbulda Türkiyə-Gürcüstan münasibətləri, aktual regional və beynəlxalq məsələlər müzakirə edilib.
İki ölkə xalqı arasında qədim dostluğun olduğunu deyən Kurtulmuş Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və onu müşayiət edən nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisində qəbul etməkdən məmnun olduğunu bildirib.
Kurtulmuş regional sülh və sabitliyin qorunmasının vacibliyinə də diqqət çəkib.
Gürcüstanla ikitərəfli əlaqələri parlament səviyyəsində inkişaf etdirmək istədiklərini vurğulayan Kurtulmuş, bu çərçivədə dostluq qrupları arasında təmasların və səfərlərin faydalı olacağını bildirib.
QAZİLER.AZ