Putin dünyanın "ən yaxşı tankı"nın adını çəkdi

Putin dünyanın "ən yaxşı tankı"nın adını çəkdi backend

Rusiya prezidenti Vladimir Putin T-90M "Prorıv"ı dünyanın ən yaxşı tankı adlandırıb.

Qaziler.az bildirir ki, o, bu barədə Nijni Tagildəki "Uralvaqonzavod"da olarkən bildirib.

“T-90 "Prorıv" dünyanın ən yaxşı tankıdır. Heç bir mübaliğəsiz. Bizim  tankçı oğlanlar da belə deyirlər. Düşmən də eyni şeyi etiraf edir. Dünyanın ən yaxşı maşınıdır. Biz onu inkişaf etdirməliyik, texnologiyanın yeni nəsilləri haqqında düşünməliyik”, - Putin bildirib.

Rusiya prezidenti cümə axşamı, fevralın 15-də Sverdlovsk vilayətinə işgüzar səfərə gəlib. Səfər zamanı prezidentə qoşunlara göndərilməyə hazır vəziyyətdə olan T-72B3M və T-90M "Prorıv" tankları nümayiş etdirilib. O, işçilərlə də söhbət edib, onlarla birgə şəkil çəkdirib.

QAZİLER.AZ

Diaspora