Qırğızıstan prezidenti Sadır Japarov Facebook-da Bişkekdə ona məxsus olan binanın fotolarını yayıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, onun sözlərinə görə, dəyəri 20 milyon dollardan çox olan əmlakın leqallaşdırılması üçün dövlət büdcəsinə bir milyon som ödəyib.
“Bütün aktivlərimin təxminən 20 milyon dollar dəyərində olduğu məlum olub. Qanuniləşdirmə üçün dövlətə bir milyon ödədim. Bu, qanunun tələbidir. Əgər mənim xaricdə gizlətdiyim pulum olsaydı, onu da gətirib banklarımıza qoyardım”, - Qırğızıstan dövlətinin başçısı bildirib.
O bildirib ki, 2020-ci ildə respublikanın prezident seçkiləri zamanı seçki qərargahı adıçəkilən binada yerləşib.
QAZİLER.AZ