"Wizz Air" təyyarəsi bomba xəbərinə görə Kutaisi hava limanına qayıdıb

"Wizz Air" təyyarəsi bomba xəbərinə görə Kutaisi hava limanına qayıdıb backend

Kutaisi Beynəlxalq Hava Limanının rəhbərliyi bu gün Gürcüstandan Barselonaya uçan təyyarəni uçuş hava limanına qaytarmaq qərarına gəlib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, qərarın verilməsi bomba xəbərdarlığına görə olub.

“Səbəb aviaşirkətin göyərtəsində partlayıcının olması ehtimalı ilə bağlı verilən məlumat olub, bunun əsasında ekipaj reysi Kutaisi hava limanına qaytarmaq qərarına gəlib. Bütün müvafiq xidmətlər səfərbər edilib və yerində işləyir”, - deyə hava limanının rəsmi “Facebook” səhifəsində dərc olunmuş yazılı açıqlamada bildirilir.

"Wizz Air" reysi hava limanından saat 12:45-də havaya qalxıb. Flightradar24 portalının məlumatına görə, təyyarə Gürcüstanın Qara dəniz sahilləri yaxınlığında olarkən istiqamətini dəyişib.

Təyyarədə “Azadlıq” radiosunun gürcü xidmətinin jurnalistlərindən biri olub. Onun sözlərinə görə, ekipaj üzvləri sərnişinlərdən dərhal təyyarəni tərk etməyi xahiş edib və onlara baqajlarını özləri ilə aparmağa imkan verməyiblər.

QAZİLER.AZ

Diaspora