Pedofil, ekstremist və terrorçuların Qazaxıstana girişi qadağan ediləcək

Pedofil, ekstremist və terrorçuların Qazaxıstana girişi qadağan ediləcək backend

Qazaxıstan Məclisi “Əhalinin miqrasiyası və cinayət islah sistemi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi haqqında” qanunu ikinci oxunuşda qəbul edib. Xatırladaq ki, bu, 2022-ci ilin aprelində deputatlar tərəfindən birinci oxunuşda təsdiqlənib.

Qaziler.az bildirir ki, bu barədə Kazinform xəbər verir.

Məclisin mətbuat xidmətindən bildirildiyinə görə, sənədlər yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığına qarşı cinayətlərə görə məhkum olunmuş şəxslərin Qazaxıstana daxil olması, eləcə də vətəndaşlığına qəbulu imkanlarının məhdudlaşdırılmasını təklif edir.

Bundan əlavə, ekstremist və ya terrorçu fəaliyyətlə məşğul olan əcnəbilərin ölkəyə gəlməsi qadağandır.

QAZİLER.AZ

Diaspora