Rusiyada yanan hündürmərtəbəli binadan bir nəfərin xilas edilməsinin görüntüləri yayılıb - VİDEO

Rusiyada yanan hündürmərtəbəli binadan bir nəfərin xilas edilməsinin görüntüləri yayılıb - VİDEO backend

Sosial şəbəkələrdə Rusiyanın Anapa şəhərində yanan 11 mərtəbəli binadan bir nəfərin xilas edilməsinin görüntüləri yayılıb.

Qaziler.az bildirir ki, videonu “İzvestiya” fevralın 13-də dərc edib.

Görüntülərdə yanğınsöndürənin nərdivanı tamamilə alov bürüyən üst mərtəbənin eyvanına qoyur. Kadr arxasında xilas olmaq istəyən şəxsin qışqırığı eşidilir.

Eyni zamanda yanan yaşayış binasının dam örtüyü qismən dağılıb. Əməliyyat xidmətləri yanğının yuxarı mərtəbələrdəki mənzillərə keçdiyini və yayılmaqda davam etdiyini bildirib.

QAZİLER.AZ

 

Diaspora