Rusiya öz əsgərlərinə dəyər vermir, onların itkiləri bizdən 7-8 dəfə çoxdur - Sırski

Rusiya öz əsgərlərinə dəyər vermir, onların itkiləri bizdən 7-8 dəfə çoxdur - Sırski backend

Rusiya öz əsgərlərinin həyatını qiymətləndirmir, son məlumatlara görə, işğalçıların itkiləri Ukrayna itkilərindən 7-8 dəfə çoxdur.

RBC-Ukrayna ZDF-yə müsahibəsinə istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski deyib.

“Rusiya hərbi rəhbərləri ət hücumu taktikasını həyata keçirərkən, biz öz əsgərlərimizə eyni münasibəti qəbul edə bilmərik”, - deyə baş komandan bildirib.

Onun sözlərinə görə, o şəxsi heyətin ölümünə bais olmaqdansa öz postunu təhvil verməyə hazırdı.

"Amma onlar üçün əsgərin həyatının heç bir dəyəri yoxdur. Biz bunu görürük, son məlumatlara görə, onların itkiləri bizim itkilərdən 7-8 dəfə çoxdur", - Sırski əlavə edib.

QAZİLER.AZ

Diaspora