Ukrayna hərbçiləri Rusiyanın daha bir xəbərini təkzib edir: guya poliqonu vurublar...

Ukrayna hərbçiləri Rusiyanın daha bir xəbərini təkzib edir: guya poliqonu vurublar... backend

Rusiyalılar Donetsk vilayətinin Selidovo şəhərində Ukrayna hərbi poliqonuna hücumun təşkili ilə bağlı saxta xəbər hazırlayıblar.

Qaziler.az bildirir ki, bu barədə "Tavriya"nın komandiri Aleksandr Tarnavski və ASTRA məlumat verib.

Daha əvvəl Rusiyanın “hərbi müxbirləri” Donetsk vilayətinin Selidovo şəhərində Ukrayna Silahlı Qüvvələrinin 1,5 minə qədər döyüşçünün yerləşdiyi poliqona hücumun təşkil edildiyini bildiriblər.

Rusiyalılar düşünüblər ki, şəxsi heyətin Avdeevka bölgəsində əks-hücumlar üçün istifadə olunmalı idi.

Komandir Tarnavski bildirib ki, rusiyalılar Selidovo yaxınlığında Ukrayna Müdafiə Qüvvələrinin iddia edilən itkiləri ilə bağlı dezinformasiya kampaniyasına başlayıblar.

Tarnaviski bildirib ki, bu, rusiyalıların feyk xəbəridir.

Tarnavskinin fikrincə, bu yolla düşmən diqqəti Tavrida istiqamətindəki gündəlik çoxsaylı itkilərindən yayındırır.

"Fevralın 12-də cəmi bir gündə onlar 645 nəfər, əvvəlki həftədə (fevralın 5-dən fevralın 11-dək) ​​isə 2947 nəfər hərbçi itiriblər".

QAZİLER.AZ

 

 

Diaspora