Çanaqqalada iki təkərli nəqliyyat vasitələrinin hərəkəti qadağan edildi

Çanaqqalada iki təkərli nəqliyyat vasitələrinin hərəkəti qadağan edildi backend

Türkiyənin Çanaqqala şəhərində əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq motosikletlərin, skuterlərin, elektrikli skuterlərin və motorlu kuryerlərin ehtiyat tədbiri olaraq bu gün gecə yarısına qədər nəqliyyata hərəkətinə qadağa qoyulub.

Qaziler.az Türkiyə mətbuatına istinadənbildirir ki, verilən açıqlamada şəhərdə güclü tufanların və yağışlı havanın davam etdiyi bildirilib və mövcud şəraitin daha da pisləşəcəyi qiymətləndirilib.

Açıqlamada, ehtiyat tədbiri olaraq bu gün saat 14.30-23.59 arasında motosiklet, skuter, elektrikli skuter və motorlu kuryerlərin nəqliyyata girişinin qadağan edildiyi açıqlanıb.

QAZİLER.AZ

Diaspora