Rusiyada şəhər mərkəzində hərbi hissənin binası yanıb

Rusiyada şəhər mərkəzində hərbi hissənin binası yanıb backend

Rusiyanın Stavropol şəhərinin mərkəzində hərbi hissənin binası yanıb.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Stavropolda Artyom küçəsi 2 ünvanında bina yanıb. 

"Bütün operativ və fövqəladə xidmətlər hadisə yerinə gəlib", şəhərin rəhbəri İvan Ulyançenko bildirib.

Yanğın birinci mərtəbədə baş verib, ilkin məlumata görə, xəsarət alan olmayıb. Yanğına səbəb ofislərdən birində baş verən qısaqapanma olduğu güman edilir.

Xilasedicilər yanğını söndürüblər.

QAZİLER.AZ

Diaspora