Şanlıurfada 5 avtomobil bir-birinə girdi: 11 yaralı

Şanlıurfada 5 avtomobil bir-birinə girdi:  11 yaralı backend

Türkiyənin Şanlıurfa şəhərinin Haliliye rayonunda 5 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada 11 nəfər yaralanıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, şəhərin Konuklu səmtindəki "15 İyul Demokratiya Bulvarı"nda  5 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Qəza ilə əlaqədar hadisə yerinə 112 Fövqəladə Hallar Xidməti və yanğınsöndürmə briqadası göndərilib.

Maşınlarda sıxılmış vəziyyətdə qalmış 11 yaralı yanğınsöndürmə briqadalarının köməkliyi ilə olduqları yerdən çıxarılaraq müxtəlif xəstəxanalara göndərilib.

QAZİLER,AZ

Diaspora