Rusiyanın Pskov vilayətində vilayət mərkəzinə ekskursiyaya gedən bir qrup uşaq daşıyan avtobus və yük maşınının iştirakı ilə baş verən qəzada 17 nəfər xəsarət alıb.
Qaziler.az bildirir ki, bu barədə bazar ertəsi, fevralın 12-də Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.
Qəza fevralın 12-də saat 9:40 radələrində Puşkinoqorski rayonunun Novqorodka kəndi yaxınlığında baş verib.
“İlkin məlumata görə, 17 nəfər yaralanıb: 4 böyük və 13 uşaq. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına yerindəcə tibbi yardım göstərilir”, – o, Telegram kanalında yazıb.
Hadisə yerində əməliyyat-istintaq qrupu və yol polisi əməkdaşları işləyir.
QAZİLER.AZ