Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol şəhər sakini fevralın 8-də baş vermiş şəhər merinin müavininin qətli ilə bağlı şübhəli saxlanılıb. Şübhəli şəxs məmurun avtomobilinə 20-yə yaxın atəş açıb.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluğuna məlumat yayıb.
“Dnepropetrovsk Vilayət Prokurorluğunun prosessual rəhbərliyi Nikopol sakinini qəsdən adamöldürmə (Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 2-ci hissəsi) ilə bağlı şübhəli bilib”, - məlumatda deyilir.
İstintaqın məlumatına görə, fevralın 8-də şəhər küçələrindən birində şübhəli şəxs Nikopol merinin müavininin idarə etdiyi avtomobilə azı 20 atəş açıb.
"Bundan sonra o, avtomobilə partlayıcı atıb. Zərərçəkmiş yerindəcə keçinib. İstintaq tədbirləri zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən silah-sursat götürülüb", - Baş Prokurorluqdan əlavə edilib.
Hazırda şübhəli şəxs barəsində zaminlik hüququ olmadan həbs qətimkan tədbiri seçilib.
QAZİLER.AZ