Türkiyənin ikinci kosmik missiyası apreldə həyata keçiriləcək

Türkiyənin ikinci kosmik missiyası apreldə həyata keçiriləcək backend

Türkiyənin ikinci kosmik missiyasının aprel ayında həyata keçirilməsi planlaşdırılır.

QAZİLER.AZ  Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Kosmik Agentliyinin (TUA) rəhbəri Yusuf Kıraç açıqlayıb.

İkinci kosmik missiyaya astronavt Tuva Cihangir Atasever göndəriləcək. O, kosmosda təxminən 7 təcrübə həyata keçirəcək.

İlk missiya barədə danışan Kıraç qeyd edib ki, dünən Yerə qayıdan astronavt Alper Gezeravcı hazırda reabilitasiya prosesi keçir. O, kosmosda olduğu müddətdə 13 elmi təcrübə aparıb və təcrübələrin nəticələri dəyərləndirilməyə davam edir.

 

 

Diaspora