Qazaxıstanda qar fırtınasının fəsadı: Sakinlər qarı əridib...

Qazaxıstanda qar fırtınasının fəsadı: Sakinlər qarı əridib... backend

Qazaxıstanın Aktobe şəhərində “Altın Orda” yaşayış massivinin sakinləri hələ də susuz qalıb.

Qaziler.az-ın məlumatına görə, Kazinform-un müxbiri xəbər verir ki, insanlar özlərini su ilə təmin etmək üçün qarı əritməyə məcbur olurlar.

Aktobe vilayətində qar fırtınası zamanı elektrik xətləri sıradan çıxıb və bu, suqəbuledicilərdə nasosların müvəqqəti dayanmasına səbəb olub. Nəticədə şəhərin bir neçə yaşayış massivinin sakinləri susuz qalıb. Hazırda “Altın Orda” yaşayış massivində 35 yaşayış binası bu problemlə üzləşib.

"Əlverişsiz hava şəraiti ilə əlaqədar suyun verilişində fasilələr yaranıb. İş gecə-gündüz aparılırdı. Artıq qüsurlar aradan qaldırılıb. Bu gün bütün nasoslar və suqəbuledicilər işləyir. Şikayət Altın Orda rayonunda daxil olub. Nasos işləsə də, hidravlik təzyiq vacibdir. Bərpası bir neçə saat çəkəcək. 35 evdə su çatışmazlığı yaranıb. Axşam saatlarına qədər suyun verilməsinə başlanılacaq”, - deyə “Aqtobe su-energy group” SC-nin baş mühəndisi Amangeldi Borankulov bildirib.

QAZİLER.AZ

Diaspora