Rusiyanın Pyatiqorsk şəhərində təqaüdçü sobanın üstündə yemək bişirərkən yeməyə bitki yağı tökdüyü zaman yanıb.
Qaziler.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Stavropol diyarı üzrə mətbuat xidməti xəbər verib.
Qəza yemək bişirərkən baş verib. Bir şüşə yağ yanan sobanın yanında olan 84 yaşlı kişinin üzərinə aşıb. Yanğın dərhal yaşlı kişiyə keçib.
Pəncərədən çıxan tüstü qonşuların diqqətini çəkib və onlar yanğınsöndürənləri çağırıblar. Təqaüdçü həmin vaxt hamamda alovu söndürürmüş.
Yanğınsöndürənlər yanğını söndürüb, zərərçəkmiş müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.
QAZİLER.AZ