Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuat konfransında Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının istefaya göndərilməsinin döyüşlərin gedişinə təsir etməyəcəyini deyib.
"Report" xəbər verir ki, bu bardə Rusiya KİV-ləri məlumat yayıb.
“Bu vəzifəyə Aleksandr Sırskinin təyin edilməsi heç bir şəkildə hərbi əməliyyatların gedişinə təsir etməyəcək. Rusiya məqsədlərinə çatana qədər Ukraynada hərbi əməliyyatları davam etdirəcək”, - D.Peskov bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 8-də Ukrayna Silahlı Qüvvələrinin baş komandanının dəyişdiyini açıqlayıb. O, V.Zalujnını istefaya göndərib və bu vəzifəyə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general Aleksandr Sırskini təyin edib.