Rusiyanın Xarkov vilayətinə gecə hücumu: otel və restoran yanıb, xəsarət alan var

Rusiyanın Xarkov vilayətinə gecə hücumu: otel və restoran yanıb, xəsarət alan var backend

Ruslar fevralın 9-na keçən gecə Xarkov vilayətinə pilotsuz təyyarələrlə hücum ediblər. Nəticədə otel və restoran yanıb, tələfat var.

Qaziler.az bildirir ki, bu barədə  Xarkov Vilayət Polis İdarəsinin rəisi Oleq Sinequbov Teleqram kanalında  yazıb.

Sinequbovun sözlərinə görə, işğalçılar Zmiyev icmasının mülki infrastrukturuna pilotsuz təyyarələrlə zərbələr endiriblər.

"Xilasedicilər otel binasında, restoranında və 3 avtomobildə baş verən yanğınları söndürüblər", - Xarkov Regional Yanğından Mühafizə İdarəsinin rəisi bildirib.

Mühafizəçi yaralanıb, hadisə yerində ona tibbi yardım göstərilib.

Xarkov Polis İdarəsinin rəisi dron hücumunun nəticələrini əks etdirən foto və videoları nümayiş etdirib.

QAZİLER.AZ

Diaspora