Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ekvadoru Ukrayna "sülh formulu"na qoşulmağa dəvət edib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Dmitri Kulebanın “Twitter”inə (X) istinadən məlumat verib.
Kuleba bu gün xarici işlər naziri Qabriela Sommerfeld ilə telefon danışığı aparıb və ölkəsinin Rusiya Federasiyasının Ukraynaya qarşı işğalçılıq müharibəsini pisləməsi və Ukrayna xalqı ilə həmrəyliyinə görə təşəkkür edib.
“Mən Ekvadoru Ukrayna üçün hərtərəfli, ədalətli və güclü sülhü bərpa etmək üçün prezident Zelenskinin sülh formuluna qoşulmağa dəvət etdim”, - deyə nazir bildirib.
Ukrayna və Ekvador xarici işlər nazirləri həmçinin ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi və ticarətin artırılması yollarını araşdırıblar.
QAZİLER.AZ