Fələstindən olan 22 həkim Çeçenistanda işə götürülüb

Fələstindən olan 22 həkim Çeçenistanda işə götürülüb backend

"Respublikanın tibb müəssisələri Rusiyaya təxliyə edilməzdən əvvəl Qəzza zolağındakı xəstəxanalarda işləyən 21 həkim və 1 tibb bacısı ilə tamamlanıb"

Qaziler.az rusiya mətbuatına istinadən bildirir ki, bunu Çeçenistanın Səhiyyə Nazirliyi bildirib.

İndi fələstinlilər bölgənin Qroznı, Arqun, Şali rayonlarında işləyirlər.

Bütün həkimlər rus dilində danışırlar. Onlar ixtisaslı mütəxəssislərdir.

Çeçenistanda işə düzəlməzdən əvvəl fələstinlilərin hər biri müsahibələrdən keçirilib.

İndi həkimlər yeni iş şəraitinə uyğunlaşır, Rusiya səhiyyə sisteminin qaydalarını və standartlarını öyrənirlər.

Məcburi köçkünlər Çeçenistan hakimiyyətinin təqdim etdiyi nəqliyyat vasitəsi ilə iş yerlərinə daşınır.

Bundan əvvəl respublikaya Fələstindən 200-dən çox qaçqının gəldiyi bildirilirdi.

QAZİLER.AZ

Diaspora