Ukrayna bu il F-16 qırıcıları ala biləcək? - Səfir açıqladı

Ukrayna bu il F-16 qırıcıları ala biləcək? - Səfir  açıqladı backend

Ukrayna bu il Niderlanddan F-16 qırıcıları alacaq, lakin dəqiq çatdırılma tarixi açıqlanmayıb.

Qaziler.az bildirir ki, bu barədə Ukraynanın Niderlanddakı səfiri Aleksandr Karaşeviç “Ukrinform”a müsahibəsində bildirib.

"Həqiqətən də xanım Ollonqren (Niderlandın müdafiə naziri - red.) bu yaxınlarda qeyd etdi ki, Ukrayna bu il Hollandiyadan F-16 qırıcıları alacaq. Biz holland qırıcılarının Ukraynaya nə vaxt təhvil verilməyə hazır olacağını dəqiq bilirik, lakin, təbii ki, bunu elan etmək olmaz”, - deyə Karaseviç bildirib.

Eyni zamanda, Ukraynanın Niderlanddan alacağı qırıcıların dəqiq sayı məlumdur.

"Həm xanım Ollonqren, həm də cənab Baş nazir Rutte bu barədə danışdılar. Bu, əvvəllər vəd edilmiş 18 qırıcı olacaq ki, onlar artıq Ukraynaya göndərilməyə hazırlanırlar və bu yaxınlarda elan edilmiş əlavə 6 qırıcı olacaq", - səfir bildirib.

O, həmçinin qeyd edib ki, Niderlandın Ukraynaya verəcəyi qırıcılardan əlavə, holland tərəfdaşlar ukraynalı pilotların hazırlanması üçün Rumıniyadakı təlim mərkəzinə daha 18 təyyarə verəcək.

Səfir həmçinin qeyd edib ki, Hollandiya Ukraynaya sursat, silah və kibertəhlükəsizlik üçün 122 milyon avro ayırır.

QAZİLER.AZ

 

Diaspora