Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnını vəzifəsindən azad etmək qərarı bir sıra səbəblərə görə verilib. Onlardan biri də taktikaya yenidən baxılması zərurətidir.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Teleqramda yazıb.
O xatırladıb ki, prezident Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyinin, o cümlədən ali baş komandanın sistemli şəkildə yenilənməsini həyata keçirmək qərarına gəlib.
"Qərar, cəbhə xəttində ictimai əhval-ruhiyyəyə mənfi təsir göstərən durğunluğun qarşısını almaq üçün keçən il istənilən nəticəni tam təmin etməyən fəaliyyət taktikasına yenidən baxılması zərurəti ilə bağlıdır", - Podolyak yazıb.
O, səbəblər arasında təşəbbüsü saxlamaq və inkişaf etdirmək üçün yeni funksional və yüksək texnoloji həllərin tapılması zərurəti, eləcə də orduda idarəetmə prinsiplərinin islahatı prosesinin başlanmasının vacibliyini də açıqlayıb.
QAZİLER.AZ