Rusiyalı deputatın cəsədinin qalıqları yol kənarında avtomobildə tapılıb

Rusiyalı deputatın cəsədinin qalıqları yol kənarında avtomobildə tapılıb backend

Tula vilayətinin Stukalovo kəndi yaxınlığında yolun kənarında, regional Dumanın deputatı Mixail Qryazevin cəsədi tapılıb.

Qaziler.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional istintaq idarəsi “VKontakte” sosial şəbəkəsində məlumat yayıb.

İstintaq Komitəsinin məlumatına görə, cəsəd avtomobildə olub, cəsəd üzərində zorakılıq əlamətləri aşkar edilməyib. "Hadisənin bütün hallarının müəyyənləşdirilməsinə yönəlmiş kompleks istintaq və digər prosessual hərəkətlər həyata keçirilir", - İstintaq Komitəsi bildirib.

Qryazevin nekroloqu və ailəsinə başsağlığı artıq regional Dumanın saytında dərc olunub. Orada deyilir ki, Tula Dövlət Universitetinin müəllimi, 5-ci, 6-cı və 7-ci çağırış Tula Vilayət Dumasının deputatı olub.

QAZİLER.AZ

Diaspora