Kadırovun oğlu Dubayda iştirak etmədiyi yarışda medal alıb

Kadırovun oğlu Dubayda iştirak etmədiyi yarışda medal alıb backend

Çeçenistan lideri Ramzan Kadırovun oğlu, 16 yaşlı Adam Kadırov Dubayda “UAE SWAT Challenge” xüsusi təyinatlılarının yarışından sonra medal alıb.

Qaziler.az bildirir ki, “Qafqaz.Reallıqlar” portalı buna diqqət çəkib.

Dubay polisinin təşkil etdiyi yarışın dördüncü günündə ən yaxşı nəticəni Daxili İşlər Nazirliyinin Çeçenistan üzrə xüsusi alayının döyüşçülərindən ibarət “Axmat” komandası göstərib. Adəm Kadırov müsabiqədə iştirak etməsə də, mükafatı almaq üçün səhnəyə ilk çıxan olub.

Maqomed Daudov bildirib ki, Adam Kadırov bu yarışlarda respublikadan olan döyüşçüləri “dəstəkləyib”. “Qroznı-inform” dövlət agentliyi yazır ki, Çeçenistan rəhbərinin oğlu mükafatlandırma mərasimində atasının təhlükəsizlik idarəsinin rəisi kimi iştirak edib.

QAZİLER.AZ

Diaspora