Kiyevə raket hücumu nəticəsində iki nəfər ölüb - Zelenski

Kiyevə raket hücumu nəticəsində iki nəfər ölüb -  Zelenski backend

Kiyevdə raket hücumu nəticəsində iki nəfər həlak olub. 10-dan çox paytaxt sakini xəsarət alıb.

Qaziler.az bildirir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Telegram-da yazıb.

Dövlət başçısı bu gün Ukraynanın kütləvi atəşə tutulmasına münasibət bildirib. Ukraynanın altı rayonu düşmən hücumu altında idi.

"Nikolayevdə onlarla yaşayış binası dağıdılıb, bir nəfər ölüb. Kiyevdə isə 10-dan çox adam yaralanıb, indiyədək iki nəfərin öldüyü məlumdur", - prezident qeyd edib.

O əlavə edib ki, Kiyevdə hündürmərtəbəli binanın dağıntıları altında insanlar ola bilər. Həmçinin paytaxtda bəzi kommunikasiyalar, o cümlədən yüksək gərginlikli kabellər zədələnib.

Zelenski qeyd edib ki, Xarkov vilayətində atəş nəticəsində iki nəfər yaralanıb, bir nəfər isə xilas edilib. Lvov vilayətində itki yoxdur, xilasedicilər hadisə yerində işləyir.

QAZİLER.AZ