Hakan Fidan Qətərin Baş naziri ilə telefonla danışıb

Hakan Fidan Qətərin Baş naziri ilə telefonla danışıb backend

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə telefonla danışıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, görüşdə Qətər və Misirin səyləri nəticəsində İsrail və HƏMAS-a təqdim edilən çərçivə razılaşması ilə bağlı son vəziyyət müzakirə edilib.

Diplomatik mənbələrdən verilən məlumata görə, türkiyəli nazir  Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Sani ilə telefon danışığı aparıb.

Görüşdə Qətər və Misirin səyləri nəticəsində İsrail və HƏMAS-a təqdim edilən çərçivə razılaşması ilə bağlı son vəziyyət müzakirə edilib.

Nazir Fidan Türkiyənin sözügedən razılaşmaya dəstəyini vurğulayıb.

QAZİLER.AZ

Diaspora