Ukraynada Bayraktar pilotsuz təyyarə istehsalı zavodunun tikintisi davam edir. Zavodda ildə 100 ədəddən çox dron istehsalı planlaşdırılır.
Qaziler.az xəbər verir ki, bu barədə "Baykar"ın baş direktoru Haluk Bayraktar Reuters-ə açıqlamasında bildirib.
"Zavodumuz tikilir... Tikintini başa çatdırmaq üçün bizə təxminən 12 ay lazım olacaq və sonra daxili texnika, avadanlıq və təşkilati struktura keçəcəyik", - Bayraktar bildirib.
Onun sözlərinə görə, Ukraynadakı bu zavod böyük olacaq. Orada 500-ə yaxın adamın çalışacağını gözləyir.
Bayraktar aydınlaşdırıb ki, ildə təxminən 120 pilotsuz uçan aparat istehsalı planlaşdırılır. Amma konkret model hələ seçilməyib - TB2 və ya TB3.
Eyni zamanda o, Rusiyanın Ukraynaya qarşı müharibəsinə baxmayaraq, zavodun tikintisi planlarının davam etdiyini və “heç nəyin” onları dayandıra bilməyəcəyini vurğulayıb.
QAZİLER.AZ