Rusiyanın İrandan aldığı "Şahed-136" dronlarının qiyməti məlum olub - FOTO

Rusiyanın İrandan aldığı "Şahed-136" dronlarının qiyməti məlum olub - FOTO backend

Rusiya Federasiyası İranın "Şahed" pilotsuz təyyarələrini əvvəllər düşünüldüyündən daha ucuz qiymətə alıb.

Bu barədə RBC-Ukrayna ICNA-ya istinadən məlumat yayıb.

İranın IRGC Sahara Thunder şirkətinin poçt serverlərinin bir qrup "Prana Network" hakerləri tərəfindən sındırıldığı məlum olub. Serverlərdə Rusiya üçün "Şahed-136" hücum dronlarının istehsalına dair məlumatlar var idi.

Rusiyada "Alabuqa" xüsusi iqtisadi zonasında İran pilotsuz təyyarələrinin istehsalının lokallaşdırılmasına dair dərc olunmuş sənədlərdə dronların istehsal həcmi və maya dəyərinin göstərildiyi danışıqlar prosesi haqqında məlumatlar yer alıb.

Dərc edilmiş sənədlərdə istehsal olunan məhsulun növü birbaşa göstərilmir. Lakin oradakı dronlar “Dolphin 632 tipli motorlu qayıq” kimi xüsusi kod altında keçir.

Sənədlər göstərir ki, 2022-ci ildə Rusiya öz müəssisələrində 2,5 il ərzində 6 min İran pilotsuz təyyarəsi istehsal etməyi planlaşdırıb.

İran ilkin olaraq bir pilotsuz uçan aparatın başlanğıc qiymətinin 23 milyon rubl (təxminən 375 min dollar) olduğunu bəyan edib. Amma danışıqlar zamanı tərəflər 6 min ədəd (193 min dollar) sifariş verərkən hər pilotsuz təyyarə üçün 12 milyon rubl, 2 min ədəd sifariş edərkən isə 18 milyon rubl (290 min dollar) səviyyəsində razılığa gəliblər.

Buradan belə nəticə çıxır ki, 6000 PUA dəstinin istehsalının ümumi dəyəri 108,5 milyard rubl (1 milyard 750 milyon dollar) təşkil edir. Bu məbləğə həmçinin texnologiya, avadanlıq və proqram təminatının transferi daxildir.

QAZİLER.AZ

 

Diaspora