“İran Ermənistanın güclənməsi və regionda sülh və sabitliyə kömək edəcək həll yollarının tərəfdarıdır”.
Apa Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani mətbuat konfransında İranın Ermənistana Hindistan silahlarının tədarükünə necə baxdığına dair sualı cavablandırarkən deyib.
O, Hindistan silahlarının daşınmasını süni surətdə ləngitməsi ilə bağlı yayılan şayiələrə münasibət bildirmək istəməyib.