Moskvada Hindistan vətəndaşı döyülüb, bahalı saatı oğurlanıb

Moskvada Hindistan vətəndaşı döyülüb, bahalı saatı oğurlanıb backend

Hindistan vətəndaşı Moskvanın mərkəzindəki gecə klubunun qarşısında döyülüb, pul kisəsi və 200 min rubl dəyərində “Rolex” saatı oğurlanıb.

Qaziler.az bildirir ki, TASS bu barədə fevralın 5-də hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

22 yaşlı Hindistan vətəndaşı polisə müraciət edib. O, Tverskaya küçəsində yerləşən “Lookin Rooms” gecə klubunda bir qızla tanış olduğunu deyib. Bir neçə kişi ona yaxınlaşaraq çölə çıxarıblar və orada dava düşüb.

“Dava zamanı Hindistan vətəndaşının başına bir neçə zərbə vurulub və huşunu itirib. Ayılanda kişi 209 min rubl dəyərində olan "Rolex Oyster Perpetual" saatının itdiyini aşkar edib. Onun içərisində 65 min rubl olan pulqabısı da oğurlanıb”, - agentliyin həmsöhbəti bildirib.

Qeyd edildiyi kimi, ümumi zərər 274 min rubldan çox olub.

Faktla bağlı araşdırma aparılır.

QAZİLER.AZ

Diaspora