Gürcüstanda xarici dövlət nömrə nişanlı avtomobillər cərimələnir, lakin onlar ölkəni maneəsiz tərk edə bilirlər .
Qaziler.az-ın xəbərinə görə, Gürcüstan daxili işlər naziri vəzifəsinə namizəd Vaxtanq Qomelauri parlamentdə komitələrin birgə iclasında deputatın Gürcüstanda Rusiya dövlət nömrə nişanlı avtomobillərin niyə cərimə olunmaması sualını cavablandırarkən cavab verib ki, qanun pozuntusuna yol verildiyi təqdirdə təkcə Rusiyadan gələn avtomobillər deyil, bütün ölkələrdən olan maşınlara cərimə kəsilir.
“Sərhəd mümkün qədər nəzarətdə saxlanılır. Komandamız vizasız gediş-gəlişlə bağlı bir neçə dəfə belə bəyanatlar verib ki, biz vizasız rejim yaratmamışıq, bu rejim sizin keçmiş rəhbəriniz tərəfindən qoyulub və bu gün də davam edir. Deyirlər, rusiyadan maşınları cərimə olunmur. Bütün avtomobillər cərimələnir, təkcə Rusiya deyil, qonşu və ya qonşu olmayan ölkələrdən, Avropadan - hamısı cərimə olunur. Bəli, indiyə qədər cərimə olunmayıblar, həqiqətən də belə olub. Ukraynada müharibə başlayanda proqraq bunu hesablaya bilmirdi, ondan sonra proqram yazdılar indi də cərimələnirlər, xüsusən də biz qanun qəbul etdikdən sonra maşın ölkədən gedəndə cəriməni ödəməyənə qədər Gürcüstana girə bilməz. Yəni, o adam gedib, deyək ki, 50-100 lari cəriməsi varsa, onu sərhəddə zorla saxlamağa ixtiyarımız yoxdur.
Lakin o, geri qayıdanda ölkə daxilinə içəri buraxmamaq hüququmuz var. Müvafiq olaraq, həmin şəxs cəriməni ödəməyə məcbur edilir”, – Qomelauri bildirib.
QAZİLER.AZ