Rusiyanın Mi-8 helikopterinin axtarışında 100-ə yaxın adam iştirak edir

Rusiyanın Mi-8 helikopterinin axtarışında 100-ə yaxın adam iştirak edir backend

Rusiya Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopterinin Oneqa gölündə qəzaya uğradığı yerdə aparılan axtarışlarda 100-ə yaxın adam iştirak edir.

Qaziler.az bildirir ki, bu barədə fevralın 5-də Kareliya Respublikasının rəhbəri Artur Parfençikov məlumat verib.

Onun sözlərinə görə, fövqəladə halların qarşısının alınması və ləğvi üzrə vahid dövlət sisteminin və Rusiya Fövqəladə Hallar Nazirliyinin bir qrup canlı qüvvə və vasitələri hadisə yerində işləyir.

"95 nəfər, o cümlədən 29 dalğıc axtarışlara cəlb olunub", - Parfençikov Telegram kanalında yazıb və əlavə edib ki, onlar Derevyannoyedəki idman düşərgəsində yataqxana və yeməklə təmin olunublar.

Rayon rəhbəri axtarış əməliyyatının gedişi barədə də məlumat verəcəyinə söz verib.

QAZİLER.AZ

Diaspora