Sırski cəbhəydə Ukrayna Silahlı Qüvvələrinin şərqdəki uğurlarından danışıb - FOTO

Sırski cəbhəydə Ukrayna Silahlı Qüvvələrinin şərqdəki uğurlarından danışıb - FOTO backend

“Xortitsa” əməliyyat-strateji qoşun qrupunun komandiri Aleksandr Sırski növbəti dəfə cəbhəyə gedib. O, Ukrayna Silahlı Qüvvələrinin şərqdəki uğurlarından danışıb və hərbçiləri mükafatlandırıb.

Bu barədə RBC-Ukrayna Quru Qoşunlarının Telegram kanalına istinadən məlumat yayıb.

Sırskinin sözlərinə görə, Ukrayna hərbçiləri düşmənin yeni ərazilər və yaşayış məntəqələrini ələ keçirmək planlarının, onun irəliləməsinin qarşısını ala bilib və Ukrayna torpaqlarını işğalçılardan azad etmək üçün gələcək əməliyyatlara şərait yarada bilib.

“Şərq Cəbhəsinin müdafiəçiləri düşmənə saysız itkilər verdirir və müdafiə xətlərini etibarlı şəkildə saxlayırlar”, - məlumatda deyilir.

QAZİLER.AZ

Diaspora