Luqanskda "LXR naziri" məhv edilib

Luqanskda "LXR naziri" məhv edilib backend

Luqansk vilayətinin müvəqqəti işğal olunmuş Lisiçansk şəhərində “çörək sexi”nin atəşə tutulması zamanı qondarma “LXR”nin “fövqəladə hallar naziri” Aleksey Poteleşenko məhv edilib. O, 2014-cü ildə yaraqlıların tərəfinə keçib.

Qaziler.az bildirir ki, bu barədə Rusiya KİV xəbər verir.

Rusiya mətbuatı qondarma “nazir”in məhvi barədə məlumat yayıb. 

Rusiya Teleqram kanallarının yazdığı kimi, Poteleşenko 2014-cü ilə qədər Ukraynanın Fövqəladə Hallar Dövlət Xidmətində, xüsusən də Luqansk vilayətində rəhbər vəzifələrdə çalışıb. Lakin 2014-cü ildə o, qondarma “LXR” yaraqlılarının tərəfinə keçdi.

Onların dediyinə görə, o, əvvəlcə “LXR-nin xalq milisi” adlanan qurumda, daha sonra isə “LXR Fövqəladə Hallar Nazirliyi”ndə işləyib. O, 2023-cü ilin sentyabrında qondarma “LXR-nin fövqəladə hallar naziri” təyin edilib.

QAZİLER.AZ

 

Diaspora