Rusiyada FHN helikopteri qəzaya uğrayıb, ekipajın taleyi məlum deyil

Rusiyada FHN helikopteri qəzaya uğrayıb, ekipajın taleyi məlum deyil backend

Rusiya Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopteri Kareliyada Oneqa gölü üzərində yoxa çıxıb.

Qaziler.az bildirir ki, xilasetmə idarəsi bu barədə öz Telegram kanalında məlumat yayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Aviasiya Xilasetmə Mərkəzinə məxsus helikopterin göyərtəsində 3 nəfər olub. Onların taleyi hələ də məlum deyil.

Helikopter təlim uçuşuna çıxıb, bundan sonra onunla əlaqə kəsilib. Sonuncu siqnal helikopter sərnişinlərindən birinin mobil telefonundan qeydə alınıb. Xilasedicilər qrupu qəza bölgəsinə hərəkət edib.

QAZİLER.AZ

Diaspora