Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin gündəliyi açıqlanıb.
"Report" xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, V.Putin Ankarada türkiyəli həmkarı R.T.Ərdoğanla Ukraynadakı durumu müzakirə edəcək.
Liderlər, həmçinin ikitərəfli məsələlər və regional durum barədə danışacaqlar.
D.Peskov qeyd edib ki, Ankara təzyiqlərə baxmayaraq, müstəqil siyasətini qoruyub saxlayır.
Xatırladaq ki, daha əvvəl V.Putinin fevralın 12-də Türkiyəyə gedəcəyi bildirilib.