Fevralın 2-nə keçən gecə Rusiyanın kamikadze pilotsuz təyyarələrinin Ukraynaya növbəti kütləvi hücumu zamanı iki “Ukrenergo” yarımstansiyası eyni vaxtda hədəfə alınıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Ukrenergo”dan bildirilib.
"Fevralın 2-nə keçən gecə Rusiya PUA-ları "Ukrenergo"nun 2 yarımstansiyasına qəsdən hücum edib", - məlumatda deyilir.
Şirkətin əlavə etdiyi kimi, hücum nəticəsində onlardan birində olan avadanlıq zədələnib, lakin personal xəsarət almayıb.
“Quraşdırılmış mühafizə sayəsində yanğının qarşısını almaq mümkün olub”, - deyə energetiklər bildiriblər.
QAZİLER.AZ