Türkiyəli siyasətçi ABŞ-ı ölkənin əsl düşməni adlandırıb

Türkiyəli siyasətçi ABŞ-ı ölkənin əsl düşməni adlandırıb backend

ABŞ Türkiyə üçün düşmən ölkədir və bu reallığı Türkiyə ictimaiyyəti görməlidir.

Qaziler.az bildirir ki, bu fikirləri fevralın 2-də Türkiyənin “Vətən” partiyasının sədri Doğu Perinçək deyib.

“İctimai şüura belə bir anlayışı aşılamaq cəhdi var: Yunanıstan və Türkiyə arasında vasitəçilik etməyə çalışan ən yüksək arbitr ABŞ-dır. Həmişə guya ABŞ tərəfdən bərabərlik tələbi var. Türkiyə əvvəlcə reallığı görməlidir. Amerika bizə qarşıdır. Amerika Türkiyənin düşmənidir”, - deyə o, RİA Novosti ilə söhbətində vurğulayıb.

Perinçekin sözlərinə görə, Yunanıstanın bütün sahillərində yerləşən Amerika hərbi bazaları ABŞ-ın düşmənçiliyindən danışır. O, başqa bir misal kimi İraqın şimalındakı Metində türk əsgərlərinin ölməsini göstərib. Siyasətçinin sözlərinə görə, Metina basqında Amerika əsgərləri iştirak edib.

QAZİLER.AZ

Diaspora