Türkiyədə silahlı şəxsin girov götürdüyü Procter & Gamble zavodunun ətrafı mühasirəyə alınıb.
Qaziler.az bildirir ki, “İzvestiya” fevralın 1-də baş verən hadisə yerindən görüntüləri yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım maşınları binaya yaxınlaşıb.
Xüsusi təyinatlılar girovların azad edilməsi əməliyyatına hələ başlamayıb, girov götürən şəxslə danışıqlar aparılır.
Xatırladaq ki, Türkiyənin Kocaeli şəhərinin Gebze rayonunda “P&G” fabrikinin əsas binasına silahlı basqın edilib.
Fabrikə basqın edən naməlum şəxs, ilkin məlumata görə, 7 nəfəri girov götürüb.
Silahlı şəxsin İsrailin Qəzzaya hücumlarına etiraz olaraq bu əməli törətdiyi ehtimal edilir.
QAZİLER.AZ