İŞİD terror təşkilatına qarşı "Qəhrəmanlar-48" əməliyyatı - VİDEO

İŞİD terror təşkilatına qarşı "Qəhrəmanlar-48" əməliyyatı - VİDEO backend

Ankarada terror təşkilatı İŞİD-a qarşı keçirilən "Kahramanlar-48" əməliyyatında 15 əcnəbi şübhəli saxlanılıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, ölkənin daxili işlər naziri Əli Yerlikaya sosial media hesabındakı paylaşımında paytaxtda DEAŞ terror təşkilatına qarşı "Qəhrəmanlar-48" əməliyyatının təşkil edildiyini bildirib.

Yerlikaya Ankara Polis İdarəsi Terrorla Mübarizə Şöbə Müdirliyinin apardığı əməliyyat nəticəsində İŞİD fəalı olduğu təsbit edilən 15 əcnəbi şübhəlinin tutulduğunu ifadə edərək, terrorçuların gözlərini açmasına icazə verməyəcəklərini vurğulayıb. Türkiyənin sülh, birlik və həmrəyliyi və təhlükəsizlik güclərinin səyləri ilə aralıqsız mübarizəyə davam edəcək.

İşdə iştirak edən polis əməkdaşlarını təbrik edən Yerlikaya, "Allah ayaqlarına daş dəydirməsin. İlin 365 günü, 4 mövsüm, 12 ay, gecə-gündüz əməliyyatlar həyata keçiririk. “Terrorla mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər qətiyyətlə davam edəcək”, - dedi.

Nazir Yerlikayanın paylaşımında əməliyyatın görüntüləri də yer alıb.

QAZİLER.AZ

 

Diaspora